Bu barədə vəkil sosial şəbəkə səhifəsində məlumat verib və bildirib ki, A.Arutyunyanın səhhəti və psixoloji durumu yerindədir: “Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq.
Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik”.
Qeyd edək ki, Arutyunyan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib.