Arayiki ömürlük həbs gözləyir - Terror etirafının VİDEOSU
Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların keçmiş "rəhbəri"
Arayik Arutyunyan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti
tərəfindən saxlanılıb. O, digər separatçılarla birgə Bakıya gətirilib. Qlobal.net Modern.az-a
istinadla xəbər verir ki, Arayik Arutunyan İkinci Qarabağ müharibəsi
zamanı Gəncə şəhərinin onun əmri ilə vurulduğunu etiraf etmişdi.
Oktyabrın
4-də Araik Arutyunyan öz sosial şəbəkə hesabından Gəncə terrorunun
məsuliyyətini öz üzərinə götürdüyünü elan edib. Terror aktı nəticəsində
26 dinc sakin qətlə yetirilib, 175 nəfər isə xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi
başlanıb və Araik Arutyunyan barəsində axtarış elan edilib.
Arayik
Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və
ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə
zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı
münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12
(Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3
(Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü
(Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma)
maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş
Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Arayik Arutunyanın etirafını təqdim edirik: