Xəbər verdiyimiz kimi, yaşlı bir qadın "Səni axtarıram"
ictimai-sosial verilişinin efirinə çıxaraq, meyxanaçı Aqşin Fatehi
sevdiyini söyləyib.
Qlobal.net bizim.media-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Aqşin
sözügedən proqramın canlı efirinə zəng vuraraq bildirib ki, həmin qadın
onun restoranına gələrək sevgisini ona etiraf edib.
"Ailəliyəm, 4 övladım var. Şok vəziyyətindəyəm. Düşündüm ki, sizin
verilişinizə zəng vurub nə söyləyəcəyəm? Nənəm yaşında qadın çıxıb
efirdə deyir ki, "Aqşini sevirəm, onu istəyirəm".
Qadının fikiri nədir axı? Mən anlaya bilmirəm. O qadının yaxını, qohumu,
bir kişi xeylağı varsa yanında götürsün onu gətirsin yanıma, dinləyim
görüm bu xanım məndən nə istəyir? Onun dərdi nədir? O qadın restoranıma
gəlib. Camaatın içində qadın qaçıb üstümə, öpür məni üzümdən. Mən də
yerimdə durub anlaya bilmirəm ki, nə baş verir?
Deyirəm ki, ay ana, gəlin, oturun restoranımda çörək yeyin, sizə qulluq
edək, sözünüz varsa, deyin mənə... Amma o qadın heç bir şey danışmadı", -
deyə Aqşin vurğulayıb.
A.Fatehin bu sözlərinə cavab olaraq, studiyada biçarə vəziyyətdə əyləşən
həmin yaşlı qadın "Məni Aqşinlə görüşdürün. Bu, Allahın yazısıdır. Mən
Aqşini sevirəm" sözlərini dilə gətirib.