Aqil Abbasdan Dilçilik İnstitutuna SƏRT SÖZLƏR: Bekarçılıqdan iş tapmırlar
Milli Məclisin deputatı Aqil Abbas AMEA-nın Dilçilik İnstitutunda
keçirilən müzakirələr zamanı “dovşan” sözünün yazılışının “dofşan”la
əvəz olunması barədə səslənən təklifləri sərt tənqid edib.
A.Abbas
Pravda.az-a açıqlamasında bildirib ki, Azərbaycan dilinin öz danışıq
dili, bu danışıq dilinə görə də orfoqrafiya lüğəti var.
“Bu
Dilçilik İnstitutunun əməkdaşları, deyəsən, bekarçılıqdan iş tapmırlar.
Mənasız-mənasız işlərlə məşğuldurlar. Daha ağıllı işlərlə məşğul
olsunlar. Bir tərsəməssəb orfoqrafiya lüğəti düzəldiblər. Nə bilim...
Bir dəfə dedilər ki, eyni qoşa samitlərdən biri ixtisar olunsun.
“Doşan”, “dofşan”, nə bilim “eşşək” əvəzinə “eşək”... Gah üç “ş” ilə
deyirlər. Belə nağıllarla məşğul olmaqdansa, ağıllı işlə məşğul
olsunlar. Dilçilik İnstitutuna dövlət pul ayırıb. Qeyri Hökumət
Təşkilatları kimi iclas keçiriblər, çünki tələb edirlər ki, “nə iş
görmüsən?” Bunlar da adamlar yığıb, “şikil” çəkdirirlər ki, “hə, iclas
keçirdik”. Verirlər yuxarı, buna görə də pul alırlar. Bu da eyni şeydir.
Öz də Dilçilik İnstitutunda çox güclü gözəl, alimlər var. Mən məəttəl
qalıram ki, bu cür güclü alimlər niyə belə boş-boş işlərlə məşğul
olurlar...”, — deputat deyib.