Maqnit qasırğaları sağlamlıq üçün potensial təhlükələrdir. Onlar Yerin maqnit sahəsində günəş alovlarının yaratdığı pozğunluqlardan qaynaqlanır. Bu cür dalğalanmalar təkcə sağlamlığımıza və rifahımıza deyil, həm də rabitə sistemlərinin işinə mənfi təsir göstərə bilər.
Qlobal.net baku.vs-ə istinadən xəbər verir ki, aprel ayında bir neçə zəif və bir güclü maqnit qasırğası gözlənilir.
4 bal gücündə aprelin 10 və 11-də maqnit qasırğası olacaq.
Bu günlərdə həkimlər sağlamlığınızın qeydinə qalmağı məsləhət görürlər.