Qlobal.net türkiyəli astroloq Aygül Aydının aprel ayına dair bürc proqnozunu təqdim edir:
Qoç
Aprel ayında həyatınızda bəzi qaranlıq qalan məsələlər işıq üzü görəcək. 7 Apreldə Merküri, 13 Apreldə isə Venera Balıq bürcündə düz hərəkətə keçdiyinə görə daxili narahatlıqlarınızın və qeyri-müəyyənliklərinizin yerini aydınlıq alacaq. Son zamanlar əlaqələrinizlə bağlı tərəddüdləriniz olubsa, konkret qərarlar qəbul edəcəksiniz.
Buğa
Aprelin ilk yarısında sosial həyatınızda və gələcək planlarınızda daha çox aydınlıq yaranacaq. Dostluqlarınız və sosial ətrafınızla bağlı bəzi məsələlər dəqiqləşəcək. Bu ay ailə məsələləri, evinizlə bağlı planlar daha çox ön plana çıxacaq. Yeni evə köçmək, təmir və ya ailə içində bəzi məsələləri həll etmək üçün uyğun vaxt olacaq.
Əkizlər
13 Apreldə baş verəcək Tərəzi dolunayı sevgi həyatınızı və yaradıcılıq sahənizi hərəkətə keçirəcək. Əgər davam edən münasibətiniz varsa, bu ay həmin əlaqənin gələcəyini dəqiqləşdirməyə kömək edəcək. Qarşı tərəfdən gözlədiyiniz cavabları ala bilər və bəzi məsələləri açıq şəkildə müzakirə edə bilərsiniz. Bu dövrdə keçmişin bəzi əlaqələrini qoparmaq və mənəvi rahatlıq əldə etmək üçün ideal zamandır.
Xərçəng
Aprel ayı sizin üçün daha çox akademik, hüquqi və ya xaricə bağlı məsələlərlə əlaqəli olacaq. Bu ay xarici səfərlər, təhsil və hüquqi məsələlərdə inkişaflar vəd edir. 30 Apreldə Veneranın Qoç bürcünə keçidi karyeranızda yeni fürsətlərin ortaya çıxmasına səbəb ola bilər. İş həyatında daha çox tanınacağınız və müsbət diqqət çəkəcəyiniz bir dövrə qədəm qoyursunuz.
Şir
Bu ay maliyyə və şəxsi münasibətlərdəki qeyri-müəyyənliklər aradan qalxacaq. Kredit, miras, sığorta kimi məsələlərdə irəliləyişlər baş verəcək. 13 apreldə mühüm qərar verməli olacaqsınız. Əgər vacib bir müqavilə bağlamaq istəyirsinizsə, bu ay sizə kömək edəcək.
Qız
Apreldə münasibətləriniz və işbirlikləriniz daha da önəm qazanacaq. Münasibətlərinizdə daha konkret qərarlar ala biləcəksiniz. Şəxsi inkişafınıza və psixoloji rahatlığınıza daha çox diqqət yetirəcəksiniz.
Tərəzi
Bu ay gündəlik həyatınızdakı və sağlamlığınızla bağlı məsələlərdə müəyyən inkişaflar olacaq. Son zamanlar iş və sağlamlıqla bağlı yaşadığınız qeyri-müəyyənliklər aydınlanacaq. Yeni ay isə maliyyə məsələlərinizdə yeni imkanlar açacaq. Əgər borclar və ya ortaq gəlirlər mövzusunda planlarınız varsa, bu yeni ay sizə uyğun fürsətlər yarada bilər.
Əqrəb
Aprel ayında sevgi həyatınız və şəxsi yaradıcılığınız ön plana çıxacaq. Münasibətlərinizdə və yaradıcılıq sahəsində qeyri-müəyyənliklər aradan qalxacaq. Keçmiş travmalar və gizli qalan duyğular üzə çıxa bilər.
Oxatan
Aprel ayında ev və ailə həyatınızda mühüm dəyişikliklər olacaq. Ailə məsələləri və evlə bağlı qərarlar aydınlaşacaq. Bəzi insanlarla yollarınızı ayırmağa və ya yeni dostluqlar qurmağa hazır olun.
Oğlaq
Aprel ayında ünsiyyət və ailə həyatınızla bağlı yeniliklər olacaq. Keçmişdə yarımçıq qalmış söhbətlərin və anlaşmazlıqların həllinə imkan yaranacaq.
Dolça
Aprel ayı maliyyə baxımından daha sabit dövr gətirəcək. Maddi məsələlərdə daha aydın qərarlar verməyə kömək edəcək. 19 Apreldə Günəş Buğa bürcünə keçdikdə isə ailə və ev həyatınız daha önəmli olacaq.
Balıq
Aprel sizin üçün yeni başlanğıclar və özünüzü daha güclü ifadə etmə dövrü olacaq. Xarici görünüşünüzdə və imicinizdə dəyişiklik etmək üçün uyğun zaman olacaq. 27 Apreldə Buğa bürcündə baş verəcək yeni ay isə ünsiyyət bacarıqlarınızı daha da inkişaf etdirməyə imkan verəcək. (milli.az)