Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Yusif Mustafayev efirdə aparıcının ona ünvanladığı "Biz sizə 88 yaşına kimi səbr etməliyik" fikirinə münasibət bildirərkən deyib.
O, bəzi tədbirlərdə yaşlı sənət adamlarının hörmətsiz qarşılandığını vurğulayıb: "Qoymurlar da yaşayaq. Bilmirəm məndən nə istəyirlər. Bütün aparıcılar düşüb yaşlı adamların üstünə. Sizin valideynləriniz var, gedin onlarla maraqlanın. Evində ata-anası olan biri yaşlı sənət adamlarına hörmətsiz yanaşmaz".
Yusif Mustafayev incidiyini bildirib: "Efirlərə çıxmaq istəmirəm. Baxırsan ki, əl çəkmirlər, dəvət edirlər. Adamı həyatdan bezdirirlər. Özümüzü öldürək? Ayıbdır ey, mən də həssas adamam. İmkan verin yaşayaq. Mən kiminsə yerinə yaşamıram ki. Allah verdiyi ömürdür. Dəyməyin bizə, qoyun qalan ömrümüzü sağlam yaşayaq".
Qeyd edək ki, Əməkdar artist Yusif Mustafayev efirdə əsəbləşib. Sənətçi efirdə "Atam dünyasını 88 yaşında dəyişib. Onun rəhmətə getməsinin səbəbi anamın dünyasını dəyişməsi oldu. Bizim nəslimiz uzunömürlülər nəslidir. Hazırda 68 yaşım var. Bundan sonra isə Allahdan hələ 20 il də möhlət istəmişəm. Hələ iş bundan sonra başlayır" sözlərinə reaksiya aparıcı onun sözünü kəsərək "Sizin indi 68 yaşınız var. Biz sizə 88 yaşına kimi səbr etməliyik" deyib. Aparıcının gözlənilməz çıxışı müğənnini özündən çıxarıb.