65f85bc47d2ee202403242036
Aparıcıdan 700 manatlıq ayaqqabıya REAKSİYA: “Dedim, mən heç vaxt...”

Tanınmış aparıcı Mətanət Əliverdiyeva müğənni Gülay Zeynallı ilə bağlı maraqlı fakt açıqlayıb.

Qlobal.net yenicag.az-a istinadən xəbər verir ki, aparıcı "Xəzər axşamı" verilişində qonağı olan Gülayla bağlı illər öncə aralarında olan dialoqu xatırlayıb.

Vaxtilə Gülayın bir ayaqqabıya 700 manat verdiyini eşidəndə, təəccübləndiyni bildirib: "İllər öncə Gülay verilişimdə qonaq idi. Ayaqqabısının qiymətini soruşdum, dedi, 700 manata almışam.

Çox təəccübləndim, dedim, mən heç vaxt o qədər pulu ayaqqabıya vermərəm, 700 manat maaş alıram, onu da verim ayaqqabıya, ac qalım?"

Bununla belə, o, müğənniyə haqq qazandırıb: "Əslində, düz edirsən, Gülay. 700 manatlıq yox, 7 min manatlıq, ondan da baha qiymətə ayaqqabı alıb geyinəsən".

Müğənni aparıcının bu sözlərinə heç bir şərh verməyib və mahnı oxumağa başlayıb.

18.03.2024 19:34
show 452