Şou-biznes
Aparıcı Zaur yeni aldığı “Range Rover”lə qəzaya düşdü – FOTO

Tanınmış aparıcı Zaur Nəbioğlu qəza keçirib.
Milli.Az manset.az-a istinadən xəbər verir ki, aparıcı yeni aldığı bahalı “Range Rover” markalı avtomobillə qəzaya düşüb.
Onun 99 ZB 999 dövlət nömrə nişanlı lüks avtomobilinə xeyli ziyan dəyib. Hazırda avtomobil təmirdədir.
Bu barədə məlumatı aparıcı təsdiqləyib.
Qeyd edək ki, Zaur Nəbioğlunun yeni aldığı avtomobilin qiyməti 250-300 min dollar aralığında dəyişir. Aparıcının belə bahalı avtomobili müzakirələrə səbəb olmuşdu.
