Aktrisa və aparıcı Kəmalə Piriyeva “Səma ilə görüş” filminin bu gün baş tutan qalasına qeyri-adi libasda qatılıb.
Aparıcı üzərində gümüşü rəngli aksesuarlar olan paltar geyinib. O, qaladan öncə geyimində son toxunuşlar etdiyi anları sosial media hesabında paylaşıb.
“Axşam qalaya geyinəcəyim paltarı özüm tikirəm”, - deyə, o, bildirib.
Qeyd edək ki, “Səma ilə görüş” filmində Rafael İskəndərov, Taleh Yüzbəyov, Kəmalə Piriyeva, İlkin Həsəni, Əlibəy Məmmədli və Turanə Hüseynli kimi simalar rol alır. (publika.az)