Türkiyənin “TV100” kanalında “Hande Aydemir ile haberin içinden” verilişinin yayımı zamanı gözlənilməz hadisə baş verib.
Qlobal.net “Qafqazinfo”ya istinadla xəbər verir ki, aparıcı Hande Aydemir əyləşdiyi stulun ayağının qırılması nəticəsində yıxılıb.
Baş vermiş hadisəyə baxmayaraq o, verilişə davam edib.
Həmin anlar qısa müddət ərzində sosial şəbəkədə müzakirələrə səbəb olub.
Xatırladaq ki, bir neçə gün əvvəl həmin kanalın aparıcısı Kübra Par efirdə qeyri-etik əl hərəkəti etmişdi və buna görə üzr istəmişdi.
Sözügedən görüntüləri təqdim edirik: