
Aparıcı İlham Mirzəyev bir müğənnini ifşa edib.
Qlobal.net milli.az-a istinadla xəbər verir ki, o, “Bizi barışdırın” verilişində baş vermiş hadisəni nəql edib:
“Gördüm ki, hicablı xanım oturub ağlayır. Komandamız çəkiliş aparmışdı, efirə hazırlamışdılar. Qadın dedi ki, bir müğənni oğlumun kiçik toyundan sonra ərimi əlimdən aldı. Məclis boyu ərimə təriflər yağdırdı. O da ifaçının başına pullar səpirdi. Səhəri gün həmin müğənninin yanına getdi. İndi çörəyə həsrət qalmışıq.
Həmin oğlan biznesmen idi. Verilişin efirə getməsinin qarşısını aldım. O kadrlar hələ də əlimdədir. İndi həmin sənətçi göylə gedir, namusdan-qeyrətdən danışır. O verilişi yayımlasam, imici yerlə bir olar”.