photo_87756762
Ankara küçələrindən birinə Əhməd Cavadın adı verildi

Azərbaycanın xalq şairi Əhməd Cavadın adı Ankaranın Etimesqut rayonundakı küçələrdən birinə verilib.

Həmin küçədə Türk Tarixi Muzeyi və Parkı yerləşir.

Etimesqut Bələdiyyənin açıqlamasında bildirilir ki, bir müddət əvvəl Türk Tarix Muzeyi və Parkında Azərbaycan Dövlət Himninin sözlərinin və “Çırpınırdı Qara dəniz” şeirinin müəllifi Əhməd Cavadın heykəli açılıb.

TÜRKSOY-un baş katibi Sultan Raev, Əhməd Cavad və Nuri Paşanın nəvələrinin qatıldığı mərasimdə çıxış edən Etimesqut Bələdiyyə Başçısı Ənvər Dəmirəl Əhməd Cevadın türk dünyası üçün çox əhəmiyyətli bir şəxsiyyət olduğunu bildirib. Açılışda Əhməd Cevadın mədəni irsini bu günə qədər daşıyan, qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasında xidmətləri olan şəxslərə, müxtəlif qurum və təşkilatlara Əhməd Cavad medalları təqdim edilib.

Mərasimdən sonra Kənan Çarboğanın hazırladığı və Əhməd Cavadın şeirlərinin türkcə tərcümələrinin yer aldığı əsər təqdim olunub.

Mənbə: “Anadolu”

07.06.2022 22:22
166