Manaf Ağayev anasının son nəfəsində onun arzusunu yerinə yetirə bilmədiyini açıqlayıb.
Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, məşhur müğənni açıqlayıb ki, illər əvvəl anası can üstündə olarkən arzu edib ki, oğlunu efirdə görsün. Həmin vaxt AzTV-nin efirinə çıxmaq üçün ifa ediləcək mahnılar senzuradan keçirildiyindən, Manafın mahnısına icazə verilməyib.
Müğənni çox kədərli halda evə dönərək anasına yalan danışmaq qərarına gəlib.
M.Ağayevin anasına yalandan 5-10 günə efirdə onun ifasını verəcəklərini bildirib: "Bilirdim ki, 5-10 gün ömrü qalmayıb".