64e097276c12c202308231919
Anasını öldürəndən sonra babasına xəbər verdi - Dəhşətli qətlin TƏFƏRRÜATI (VİDEO)

Ucarda qadın naqillə bogularaq öldürülüb. 

Qlobal.net Xəzər TV-yə istinadən istinadən xəbər verir ki, dəhşətli hadisə Ucarda baş verib. 

Hadisə dünən saat 10:30 radələrində qeydə alınıb. Qaradağlı kənd sakini 42 yaşlı Şəlalə Qurbanovanın yaşadığı evdə üzərində xəsarət izləri olan meyiti aşkar edilib. 

İddialara görə, Faiq anasını öldürdükdən sonra babasına xəbər verib. DİN-dən verilən məlumata görə, hadisədən sonra mərhumun oğlu Bakıya gedib.

23 yaşlı Faiq Qurbanov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanıb. 

Faktla bağlı Ucar rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


19.08.2023 14:17
show 2261