64899ac7687f5202306234735
Anası ölən günü evlənən oğulun bu addımı gündəmə çevrildi

Anası dünyasını dəyişdiyi gün evlənən  şəxsin  bu addımı  sosial medianın gündəminə çevrildi.

Qlobal.net xarici mediaya istinadən bildirir ki, bu maraqlı hadisə Malaziyada olub.

Oğlan səhər anasının dəfn mərasiminə, axşam isə toy mərasiminə qatılıb.

Bəy itkisinə baxmayaraq, səhər anasının yas mərasiminə qatılaraq, axşam isə toya gedərək gəlininə olan bağlılığını nümayiş etdirib.

Hadisədən dərin təsirlənən gəlin həyat yoldaşına  minnətdarlığını bildirmək üçün “TikTok”-da paylaşım edib.

Sosial media istifadəçilərinin reaksiyasına səbəb olan görüntülər qısa zamanda viral olmağı bacarıb.

Sosial şəbəkə istifadəçilərinin bəziləri gənc cütlüyü evlilik münasibəti ilə təbrik edərkən, digərləri isə tənqid ediblər. Onlar isə sosial şəbəkələrdə yazılan mənfi rəyləri nəzərə almadıqlarını bildiriblər. (Medianews.az)
14.06.2023 14:46
show 2010