7 yaşlı uşağın ölümündə anasının "əli" olub? - ŞOK FAKTLAR
"Sumqayıtda idman zalında ölən uşağın anasından gözüm su
içməmişdi. Bu gün səhər mənə gələn zəngdən bir daha əmin oldum ki, bu
qadın o manyak qədər uşağın ölümündə rol alıb. Zəng edən köhnə
tanışlarımdan biridir. Həyat yoldaşı hadisə yerinə ən tez yetişən polis
əməkdaşlarından biri olub. O nələr görüb, nələr".
Qlobal.net xəbər verir ki, bunu jurnalist Ləman Ələşrəfqızı sosial şəbəkədə bildirib. O qeyd edib ki, hadisə yerinə gələn polis uşağın bədənində dişlək izləri olub: "
Qadın deyir ki, müharibə iştirakçısı olan həyat yoldaşım 3 gündür özünə
gələ bilmir. Körpənin cansız bədəni onun qucağında olub. Bədənində
dişlək yerləri polis əməkdaşını şübhələndirib. Anasından soruşanda deyib
ki, uşağımı əzizləyəndə onu belə dişləyirəm. Görüntülər ortaya çıxandan
sonra ana adlı məxluq sözlərini dəyişib". Jurnalist iddia edib ki, hadisə ilə bağlı görüntülər yalnız paylaşılanlardan ibarət deyil: "Uşağa
işgəncə kadrları yenə var. Bəs, o niyə məhz 7 yaşlı bu uşağı hədəf
seçib? Bu sualın cavabı da məncə ana adlı o məxluqatdadır. Qısası, "ana
havalanıb", " bədbəxt, zavallı ana" ifasələrini yazanda heç tələsməyin.
Bədbəxt 7 yaşlı o körpə idi, onu da Allah öz yanına apardı.
Cinayətkarların cəzası isə ağır olmalıdır". (bakupost)