Anar Vəziroğlu ona “çaqqal” deyən Xalq artistinə cavab verdi: “Kişiliyi çatırsa...”
Bir neçə gün əvvəl “Təsir dairəsi” verilişində ekspert qismində
əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında gərgin anlar
yaşanıb.
Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə Nağıyevanın
üstünə su atıb. Sözügedən hadisədən sonra ekspert proqramdan
uzaqlaşdırılıb.
Xalq artisti Əli Nur da həmin hadisəyə münasibət bildirərək Anar
Vəziroğlunu təhqir edib: “Çaqallar yığılıb orada şou yaradırlar. Belə
hallara yol vermək olmaz, ayıbdır. İllər əvvəl Anar Vəziroğlu ilə bir
verilişdə çıxış edirdim. Bu adam deyir ki, Səməd Vurğun, Hüseyn Cavid,
Əhməd Cavad şair deyil. Sən kimsən oturub milli mənəviyyatımızı belə
tənqid edəsən?! Mikrofonu götürüb gəlib ona dedim ki, bunu vuraram
başına, cırıq-cırıq olarsan”.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Anar Vəziroğlu Əli Nurun dediklərinin tamamilə yalan olduğunu bildirib: “Əli Nura cavab belə vermək istəmirəm. Deyir ki, guya mən demişəm ki,
Səməd Vurğun, Hüseyn Cavid, Əhməd Cavad şair deyil. Belə bir şey
olmayıb. Mən 17 il kollecdə dərs demişəm, adını çəkdiyi insanların
əsərlərini əzbər bilirəm, Əli Nurdan soruşsan bəlkə də heç əsərlərin
adını bilmir. Əgər kişiliyi varsa, həmin verilişi tapıb çıxarsın ortaya,
ondan sonra nə desə edərəm. Onun şəhid oğluna mənim hörmətim sonduzdur.
Amma dedikləri doğru deyil”.
Vəziroğlu efirdə yaşanan xoşagəlməz hadisənin şou yaratmaq üçün olmadığını deyib: “Deyir ki, şou yaratmaq üçün edirlər. Xeyr, məsələ belə olmayıb, Şəfiqə
Nağıyeva mənim övladlarımı söydü, üstümə su atdı, sonra mən çölə çıxdım,
qayıdanda artıq canlı efir başlayırdı, amma gördüm ki, bu xanım susmaq
bilmir, mən də cavabını bu cür verdim. İllərdir müxtəlif verilişlərdə
ekspert kimi çıxış edirəm, mənə şou lazım deyil, buna ehtiyacım yoxdur.
Dəfələrlə Əli Nurun da qonaq olduğu verilişə dəvət almışam, amma o orada
olduğu üçün getməmişəm. Çünki bilirəm ki, bu adam ancaq qışqır-bağır
salmaqla məşğuldur”.