"Anamı yad kişi ilə evdə tutdum..." - FOTO
Türkiyənin Bursa şəhərində Furkan Aras adlı şəxs anasının sevgilisi - Murad Göksulunu bıçaqlaaraq qətlə yetirib.
Anası ilə evli kişinin
münasibətindən şübhələnən 23 yaşlı gənc evə gizli kamera quraşdırıb.
Kişinin evlərinə daxil olduğu görən gənc işdən icazə alaraq dərhal evə
yollanıb. Evdə Muradla aralarında mübahisə yaranıb. İlkin dindirmə
zamanı "Əvvəlcə söz davasına başladıq, sonra bıçaqla mənə hücum etdi.
Mən də özümü qotumaq üçün belimdəki bıçaqla ona xəsarət yetirdim. Sonra
baş verənləri xatırlamıram." deyə etiraf edib.
Onun sözlərinə görə mərhum narkotik vasitələrin təsiri altında onun
anasını açıq-saçıq videoları ilə təhdid edirmiş. Anası ilə yad kişinin
münasibətindən xəbər tutan gənc anasından Muraddan ayrılmasını tələb
edib. Münasibətin davam etməsindən şübhələnən gənc evin bir neçə yerinə
kameralar quraşdırıb. (milli.az)