Dünyaca məşhur model Emili Ratajkovski Analar günü ilə bağlı paylaşım edib.
Sənətçi hamiləlik zamanı çəkdirdiyi çılpaq fotoları izləyiciləri ilə bölüşərək bu sözləri yazıb: "Bu şəkillər şəxsiyyətim və həyatım əbədi olaraq dəyişməzdən əvvəl çəkilib. Ana olmaq, heç kimin tez-tez şahidi olmadığı çox sakit, ağır iş görmək deməkdir. Bütün analarla fəxr edirəm - dünyadakı ən gözəl şey sevginiz və fədakarlığınızdır".
Qeyd edək ki, Emilinin bir oğlu var. (olay.az)