Cəmiyyət

Anadan 9 yaşlı oğluna qarşı vəhşilik …

Rusiyada, Simferopoldan olan doqquz yaşlı oğlan uşağını anası boğub öldürüb.

Qlobal.net bildirir ki, bu, onun yemək istədiyi və anasını qıcıqlandırdığı üçün baş verib.

Qonşular bildiriblər ki, Nadejda adlı qadın son vaxtlar xeyli dəyişib və arıqlayıb:

“Oğlu yaxşı şagird idi və yerli sakinlər onu yedizdirir və paltar verirdilər. Bu yaxınlarda ana sevgilisinə zəng etməyə və oğlundan şikayət etməyə başlayıb. Onu öldürməklə hədələyib”.

Daha sonra oğlan özü ögey atasına zəng edib kömək istəyib. Kişi evə gələndə isə ögey oğlu ölmüşdü. Ana onun sağ olub-olmadığını yoxlamaq üçün ona çəngəl batırıb. Qətldən bir müddət əvvəl Nadejda psixiatrik xəstəxanadan buraxılıb və indi yenidən xəstəxanaya yerləşdirilib.

Fidan Məmmədli
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button