63847da79fcff202211222143
Anadan 5 yaşlı qızına qarşı QANDONDURAN HƏRƏKƏT
Ana 5 yaşlı qızını günlərlə ac saxlayıb.   
Qlobal.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 yaşlı uşağa anasının işgəncə verilib, ac saxlaması Türkiyə gündəmini zəbt edib.   Belə ki, Türkiyənin Qaziantep vilayətində 5 yaşlı F.Y. adlı qız evdə ac və anası tərəfindən işgəncəyə məruz qalıb. Evə gələn qruplar 5 yaşlı uşağı hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparıblar. Müayinə zamanı uşağın anası tərəfindən işgəncəyə məruz qaldığı bədənindəki izlərdən müəyyən olunub. 
Kənddə zeytun toplamaq üçün bir neçə gün evdə olmadığını deyən ata Cihan Yıldız evə gələndə uşağını işgəncə halında gördüyünü bildirib.
Ana isə saxlandıqdan sonra aparıldığı məhkəmə tərəfindən həbs edilib. (azxeber.com)
28.11.2022 13:20
560