Anadan 5 yaşlı qızına qarşı QANDONDURAN HƏRƏKƏT
Ana 5 yaşlı qızını günlərlə ac saxlayıb. Qlobal.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 yaşlı
uşağa anasının işgəncə verilib, ac saxlaması Türkiyə gündəmini zəbt
edib.
Belə ki, Türkiyənin Qaziantep
vilayətində 5 yaşlı F.Y. adlı qız evdə ac və anası tərəfindən işgəncəyə
məruz qalıb. Evə gələn qruplar 5 yaşlı uşağı hadisə yerində ilkin tibbi
yardım göstərildikdən sonra xəstəxanaya aparıblar. Müayinə zamanı
uşağın anası tərəfindən işgəncəyə məruz qaldığı bədənindəki izlərdən
müəyyən olunub.
Kənddə zeytun toplamaq üçün bir
neçə gün evdə olmadığını deyən ata Cihan Yıldız evə gələndə uşağını
işgəncə halında gördüyünü bildirib.
Ana isə saxlandıqdan sonra aparıldığı məhkəmə tərəfindən həbs edilib. (azxeber.com)