Cəmiyyət
Ana və 10 yaşlı oğlu itkin düşdü

İstanbulda rus qadın və 10 yaşlı oğlu itkin düşüb.
Qlobal.net xarici KİV-lərə istinadla bildirir ki, ailə onları bir neçə gündür axtarır.
32 yaşlı Daria subaydır: valideynləri ilə yaşayırdı, mühasib işləyirdi və oğlu məktəbdə oxuyurdu. Heç bir münaqişə yox idi, amma son aylarda o, daha çox özünə qapanıb və demək olar ki, bütün boş vaxtını Serkan Bolatla seriallara baxaraq keçirib.
Ailə onların itkin düşdüyünü Rusiya polisinə bildirib. Təhlükəsizlik kameraları Daria və uşağının İstanbul hava limanına getdiyini göstərir; bundan sonra məlumat yoxdur.
Murad Məmmədli
Qlobal.net



