Doğulduğu gündən bəri ağlayan uşağın bədənindən şpris iynəsi çıxıb.
Milli.az haberler-e istinadla bildiri ki, Türkiyənin İğdır bölgəsində
ikiaylıq körpənin bezini dəyişərkən onun ayağında şpris iynəsi
aşkarlanıb. Körpənin anası Özləm Göydərənin sözlərinə görə, körpə
doğulduğu gündən ağlayırmış, yatızdırandan 5 dəqiqə sonra yenə oyanıb
ağlamağa davam edirmiş. Gecəsi-gündüzü olmayan körpənin bu davranışını
köp, sancı ilə əlaqələndiriblər və öz-özünə keçəcəyini fikirləşiblər.
Bir neçə gün əvvəl, körpənin baldır nahiyəsində qızartı əmələ gəlib.
Körpənin anası "Əvvəlcə elə bildim ki, zəhərli həşarat dişləyib,
əhəmiyyət vermədim. Növbəti gün bezini dəyişəndə, oğlum qan içindəydi",
- deyə əlavə edib. Körpənin ayağından 4 sm uzunluğunda iynə çıxarılıb.
Təcili xəstəxanaya çatdırılıb. Körpə zəruri olan bütün analiz və
yoxlamalardan keçib, sağlamlığı qaydasındadır.
Körpənin ailəsi məhkəməyə müraciət edib. Həkimlərə vəziyyəti dedikdə,
onlar bunu körpənin ailəsi tərəfindən edildiyini və xəstəxana ilə heç
bir əlaqəsinin olmadığını bildiriblər. "Boyunlarına almadılar. ya özünüz
etmisiniz, ya parkda olub və s. kimi bəhanələrlə üstünü örtməyə
çalışdılar", - deyə ana sonda əlavə edib.