Mütəxəssislər körpələrin ilk 6 ayda yalnız ana südü ilə qidalanmasının
vacibliyini vurğulayırlar. Ana südü ilə qidalanan uşaqların fiziki və zehni
inkişafı müsbət şəkildə dəstəklənir.
Qlobal.net bildirir ki, ana südündə olan qidalı minerallar körpələrin daha sağlam
böyüməsini və immunitet sisteminin güclənməsini təmin edir.
Ana südünü artırar 11 əsas qida bunlardır:
1)Yulaf.
Ana südü verən zamanı yulaf yeyən analar həm formasını qoruyur, həm də südlərinin
keyfiyyətini artırır. Yulaf, B vitaminləri ilə zəngin olub, süd istehsalını
artırmağa kömək edir.
2)Su.
Süd verən anaların gündə 3 litr su içməsi tövsiyə olunur. Su, bədən
funksiyalarını dəstəkləyir, süd istehsalını artırır və sinədə olan çatların
qarşısını alır.
3)Quru Meyvələr.
Qurudulmuş meyvələr, xüsusən üzüm və qaragilə, B vitamini ilə zəngindir və
keyfiyyətli südün sirridir. Həmçinin, qaz əmələ gəlməsinin qarşısını alır,
ananı tox saxlamaqla körpəyə enerji verir.
4)Əncir.
Mövsümdə təzə və quru əncir istehlak edən analar lazım olan vitaminləri
alır. Əncir, süd verən anaların qəlyanaltılarına dad qatır və körpəni
qidalandırır.
5)Quru paxlalılar.
Dəmirlə zəngin quru paxlalılar, ana südünə əlavə etdiyi minerallarla körpələrin
beyin inkişafını dəstəkləyir. Mərci, ətli noxud və lobya yemək, süd istehsalını
artırır.
6)Xurma.
Doğuşdan sonra enerjini bərpa etmək və faydalı qidalanmaq üçün analar
xurmanı yeməlidir. Xurma, süd verən analar üçün yaxşı bir süd mənbəyidir, amma
qlükoza siropu olmayan xurma seçilməlidir.
7)Şüyüd çayı.
Şüyüd çayı, ana və körpədə qaz əmələ gəlməsinin qarşısını alır və süd
istehsalını dəstəkləyir. Əmizdirmə zamanı nizamlı istehlak edildikdə, ananı
rahatladır.
8)Gicitkən.
A, B1, B6, B12, C və K vitaminləri ilə zəngin olan gicitkən, yaxşı təmizləndikdən
sonra şorba və ya çay şəklində istehlak edilə bilər. O, ana südünün artmasına
kömək edən protein və mineral mənbəyidir. Çay kimi istifadədən əvvəl həkimlə məsləhətləşmək
lazımdır.
9)Tahin.
Ana südünün qida dəyəri kifayət qədər yüksəkdir. Qida dəyərinə qatqı təmin
etmək istəyən analar tahini istehlak edə bilər. Tahin ana südünün davamlı
axmasına kömək edir.
10)Qara Zirə.
Qara zirə ana südünü artırmağa kömək edir. Səhər yeməyi və qəlyanaltılarda
1 çay qaşığı istehlak edildikdə, süd hormonlarını stimullaşdırır və körpənin
qidalanmasına dəstək olur.
11)Kök.
C vitamini ana südünü dəstəkləyir, buna görə doğuşdan sonra yerkökü istehlak
edilməlidir. Rəndələnmiş yerkökü, kök salatı və kök suyu analara uzun müddət əmizdirməyə
kömək edir.
Səbinə
Qlobal.net