photo_70040378
Ana olan azyaşlıdan yeni XƏBƏR VAR: Anası ondan imtina etdi

Azərbaycanda 13 yaşlı qızın ana olması ilə bağlı bəzi məqamlar məlum olub.

Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Qızın atası rəhmətə gedib və anası ilə yaşayıb.

"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə bildirib ki, qızın anası nəvəsindən və öz qızından imtina edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu da qeyd edib ki, artıq məsələ ilə bağlı məlumat aidiyyəti qurumlarla birlikdə araşdırılır.

07.09.2022 12:07
show 192