6385ef4b72f1a202211223851
Ana iki övladını öldürüb çamadana yığdı, sonra isə...

Bu ilin avqust ayında Yeni Zelandiyada auksion evində hərraca çıxarılan çamadandan insan sümükləri çıxıb. 

Qlobal.net xarici KİV-ə istinadən xəbər verir ki,  bundan sonra geniş araşdırmalara başlayan Yeni Zelandiya polisi çamadanın Cənubi Koreyalı bir qadına məxsus olduğunu bildirib. 

Polis 2018-ci ildə baş vermiş dəhşətli qətlin üstünü açıb. Belə ki, koreyalı qadın 2018-ci ildə 7 və 10 yaşlarında uşaqlarını öldürüb. Daha sonra o, izi itirmək üçün övladlarının cəsədlərini parçalayaraq çamadana yığıb. Qadının hansı yolla çamadanı Yeni Zelandiyaya  gətirməsi hələlik məlum deyil. O, çamadanın auksion evinə verərək, yoxa çıxıb. 

Hadisədən illər keçməsinə baxmayaraq,  Cənubi Koreyada həbs olunan 42 yaşlı ana Yeni Zelandiyaya ekstradisiya edilib. (unikal)

29.11.2022 15:38
show 360