Ana 6 yaşlı qızını boş əraziyə aparıb görün nə etdi - Anbaan VİDEO
Türkiyənin Qaziantep şəhərində xarici əsilli Nuhna Cemmel 6 yaşlı qızı Aya Necimi boş ərazidə boğaraq öldürüb.
Qlobal.net big.az-a istinadən bildirir ki, qatil ananın qızını həmin
əraziyə apardığı anlar təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Uşağın cansız bədəni yanvarın 30-da, səhər saatlarında aşkarlanıb.
Onun yerdə yatıb qaldığını düşünən insanlar hadisə yerinə polis və
təcili tibbi yardım çağırıblar. Artıq öldüyü bildirilən qızın kimliyi
araşdırıldıqdan sonra anası Nuhna Cemmel saxlanılıb.