qadın

Ana 15 yaşlı qızını 50 yaşlı kişiyə satdı - Qızın başına gələnlər QANDONDURUR

Valideynləri boşanan 15 yaşlı qız 40-50 yaşlı kişiyə "onunla nə edirsən et",- deyilərək təhvil verilib.
Bu barədə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinindən məlumat verilib.
Birliyin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında bu barədə detallı məlumat paylaşıb: "Sığınacağa yerləşdirilən Zəhranın (ad şərtidir) dediyinə görə ana və atası boşandıqdan sonra rayonda anası ilə həyatını davam etdirib. Bir müddət anası ilə yaşadıqdan sonra anası onu tanıdığı bir şəxsə (40-50 yaş) kişiyə təhvil verib və "onunla nə edirsən et",- deyərək razılaşıb. Zəhra 1 ay onun yanında qaldıqdan sonra kişi ona "bədənini sat pulu birgə bölərik",- deyib".
Bildirilir ki, bu sözləri eşidən Zəhra qollarını kəsib və Bakıya qaçıb. Bakıda isə onun həyatını xilas edən Abşeron Rayon Polis İdarəsinin əməkdaşları olub. Onu dərhal sığınacağa gətiriblər. Gənc qızımızın dedikləri yaşadıqları həqiqətən dözülməzdir. Tezliklə ona bunu yaşadanların cəzalanacağını ümid edirik. Hazırda qızımız yanımızdadır və psixoloji yardım alır". (referans.az)

17.04.2024 17:36
show 2912