Pərvindən evlilik təklifinə CAVAB

Amma bir şərtlə ki, bir yerdə yatmayacağıq - Pərvindən evlilik təklifinə CAVAB

Aktrisa Pərvin Abıyeva TikTok-a qayıdıb.

Qlobal.net xəbər verir ki, sənətçi iki gündür canlı yayım açır. O, izləyicilərinin suallarını cavablandırıb. Pərvin bir istifadəçinin "Sevgilisindən ayrıldı, TikTok-a qayıtdı" şərhinə "Məni necə tanıyan insandır.... Mən sevgilisindən ayrılana oxşayıram?" cavabını verib.

Daha sonra Pərvin "Nə vaxta qədər tək yatıb, tək qalxacağıq" sualını cavablandırıb:

"Səni bilmirəm, amma deyəsən mən ömür boyu. Bir də gördünüz, qapı döyüldü, bir qutu gördüm. Qutunun içində brilyant üzük, yanında da "Mənimlə evlənərsən?" yazılan məktub. Üzüyü götürüb, cavab yazıram ki, hə, amma bir şərtlə ki, bir yerdə yatmayacağıq" (olay)

19.03.2025 09:16
show 800