Azərbaycan Dövlət Televiziyasının AMEA-da 17:40 radələrində olması,
18:00-da isə işdən çıxan kimsəni görməməsi barədə tənqidi materiala
AMEA-nın əməkdaşı, tanınmış alim Zaur Əliyev fotofaktlarla cavab verib.
Qlobal.net yenipress.az-a
istinadən xəbər verir ki. Z.Əliyev müşahidə kameralarına əsasən işdən
çıxdığı vaxtı əks etdirən görüntülərin saniyəsinə qədər paylaşıb:
“Şəkillərə baxın, AMEA haqqında verliş hazırlayan jurnalist iddia edir
ki, guya 17:40-da AMEA-da olub və çəkilişi də bu zaman edib. Guya
işçilər bu vaxt orda olmayıb.
İndi əsl həqiqətləri sizlərə təqdim edirəm:
17:59-da
mən çıxmışam AMEA-dan (fotoda 17:59-da Zaur Əliyevin Akademiya
binasının önündə olduğu əks olunub – red.). TV işçiləri orda yox idi.
10 dəqiqə bağda gəzmişəm.
Saat
18:21-də AzTV əməkdaşları gəlib, AMEA qarşısında durublar (AzTV
əməkdaşlarının Akademiya binasının önündə olduğunu əks etdirən foto –
red.), hazırlıq görüb, 18:40-da çəkiliş aparıblar, amma efirdə 17:40-da
AMEA-da çəkiliş apardıqlarını deyirlər. AzTV bu qədər yalanla hara
gedir?
Baxın
saatlara! 17:45-ə qədər AMEA qarşısında jurnalist görürsünüz? Bir kanal
əməkdaşı olubmu orda? Sadəcə fotolarda dəqiq vaxtı özünüz görüb qiymət
verin AzTV yalanına!”.