03.10.2020
22:51

Almaniyada möhtəşəm aksiya baş tutdu - Qarabağa DƏSTƏK

Bu gün Almaniyada azərbaycanlıların Qarabağa dəstək aksiyası baş tutub.

Bununla bağlı məlumatı panoram.az-a aksiyanın təşkilatçılarından olan Qəhrəman Sadıkov verib.

Frankfurt an Main şəhərində baş tutan aksiyada 150-yə yaxın insan iştirak edib.

Yürüş zamanı "Qarabağ mübahisəli ərazi deyil, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir", "Qarabağ dinlə əlaqəli məsələ deyil", "Almanlar birləşdi, biz də birləşmək istəyirik", "Qafqazda sülh istəyirik" şüarları səsləndirilib. Frankfurt an Main küçələri Qarabağ sədalarına qərq olub.




Loading...