Allahın varlığını inkar edən tələbəni onun varlığına inandıran QEYRİ-ADİ HADİSƏ

Əməkdar artist Gülşad Baxşıyeva müəllim işləyərkən tələbələri ilə baş verən maraqlı bir hadisəni danışıb.
Qlobal.net xəbər verir ki, Əməkdar artist bildirib ki, birinci kurs tələbələri ilə dərs zamanı maraqlı bir hadisənin şahidi olub.
“Tələbələrlə etüdlər edirik. Dedim ki, elə hesab edin ki, siz bunu etsəz, Allah sizi cəzalandıracaq. Allahın qəzəbi tutacaq. Tələbələrdən biri dedi ki, bunlar cəfəngiyyatdır, Allah yoxdur. Dedim, demə bunu, ağzın əyilər. Dedi ki, müəllim, sübut edin ki, Allah var, mən inanım. Mən də dedim ki, sən sübut et ki, yoxdur, mən də inanım.
İki gün sonra dərsdəyik. Uşaqlar gəldi ki, müəllimə, bilirsiniz nə olub? Həmin uşaq da yerində başını aşağı salıb oturub. Dedilər qoy, özü danışsın.
Uşaq başladı danışmağa. Dedi ki, mən həmin gün yatdım. Yuxuda gördüm ki, uzun bir stolun üstündəyəm, əməliyyat olunuram. Sağ tərəfimdə diri qohumlarım, sol tərəfimdə rəhmətə gedənlərdir. Hamısı da deyir ki, de. Mən də deyirəm yox, deməyəcəm. Hər yox dedikcə, görürəm şişirəm. Elə məqam gəldi ki, ölülər də, dirilər də deyir ki, ay oğul de. Deyirəm yox. Gördüm elə şişdim ki, bu dəqiqə partlayacam. Birdən “la ilahə illəllah” deyib, yuxudan oyandım. Dedi ki, müəllim, deməsəydim, öləcəkdim.
Посмотреть эту публикацию в Instagram