Şou-biznes
Allah mənim üçün hər şey edir, restoran da açıb – Elzadan ŞOK AÇIQLAMA

Bəstəkar olmaq mənim heç planımda yox idi. Fikirləşirdim ki, ailə müqəddəsdir, övladlarım var, mən də musiqi müəlliməsiyəm”.
Qlobal.net xəbər verir ki, bunu Oxu.az-a Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib:
“Mən artıq o həyatı qəbul etmişdim. Bir dənə yeganə arzum o idi ki, Faiq Nağıyev kimi bəstəkarlığı oxuyum, gəlim orta ixtisas məktəbində müəllim işləyim. Amma Allah görün məni haralara apardı… Hələ də aparır, məni rəssam da edir, aktrisa da edir. Allah aparıb mənim üçün restoran da açıb, Allah mənim üçün hər şey edib. Allah açıb, bəli. Mənim adıma restoran da açıblar heyranlarım ki, Elza xanım, siz gəlin burada musiqilərinizi ifa edin, öz daimi yeriniz olsun…”