"Allah mənə oğul versəydi özümə verərdi, kənardan adama OĞUL ÖVLADI OLMAZ!" - Roza Zərgərli
"Allah mənə oğul versəydi özümə verərdi. Kənardan adama oğul övladı olmaz!".Bunu
Referans.az-a açıqlamasında müğənni Roza Zərgərli bir neçə gündür övladlığa götürdüyü kiçik oğlu Jerard Qafarovla yaşadığı qalmaqaldan bəhs edərkən deyib.
Müğənni sözlərinə belə davam edib: "Kim
o uşağı sifariş edib, belə danışsın deyə canına-qanına girib bilmirəm.
Amma, dövlət müəssisəsində 18 yaşdan yuxarı uşaqları sərbəst
buraxırlar, anası-atası olmayan uşaqlara ev verirlər. Mənim hər iki
oğlumun ikisinə də dövlət ardıcıllıqla ev verib. Hər ikisinə peşə
vermişəm, əsgərliyini onlarla bərabər çəkmişəm. Jerardla hərbi xidmətdə
olan uşaqların hamısı məlum məsələ ilə bağlı yazıblar ki, ayıb olsun,
Roza xanım hər həftə sənin arxanca gedib- gəlirdi. Heç umrumda deyil!
Birincisi uşaq 26 yaşına girir. Mən 16 yaşımdan özüm işləmişəm. Uşaq
evində böyüyən uşaqlar hazıra nazir öyrəşiblər. Dövlət onlara o qədər
yaxşı qulluq edir ki. Oğlanlarım uşaq evindən mənim evimə gələndə o
qədər ət yemişdilər ki, ətdən iyrənmişdilər".
Roza Zərgərli qeyd edir ki, Jerardın idarə olunduğu "kruq" var: "Bu
yaşımda oxumaq fikrim yox idi. 2-3 il bundan qabaq demişdim ki,
sənətdən gedirəm. Düşündüm ki, böyüyəcəklər başıma dolanacaqlar. Jerard
Kanal S - də montajçı işləməkçün hazırlaşırdı, yola getmədi deyə
çıxardılar. Sonra digər yerdə 600 manat maaşa iş düzəltmişdik. Hər həftə
ona cib xərci göndərirdim. O yazını yazmamışdan 3 gün qabaq Jerarda pul
göndərmişəm.
Mənə kim deyir ki Roza xanım övladlığa uşaq
götürmək istəyirik, nə məsləhət görürsən? Deyirəm, kəs səsini, qoy həyat
yoldaşınının başqasından uşağı olsun gətirib sənə versin saxla, nəinki
uşaq evindən uşaq götür. Quyuya su tökməklə quyu dolmur. Hər kəs bilir
ki, mənim oğlanlarımın üzərində nə qədər əməyim var. Düzdür döymüşəm,
söymüşəm. Himayədar olsam da, valideyn kimi rəftar eləmişəm. Küçədən
heyvan götürüb saxlamıram ki?! Canlı, şüurlu insan götürüb saxlamışam. O
uşaqların öhdəçiliyi mənim boynumdadır".
Sonda müğənni doğma
qızı Bənövşədən də söz açıb: "Qızım 3 il Türkiyədə magistratura təhsili
alıb. Evinin pulunu, cib xərcliyini göndərirdim, 3 aydan sonra mənə dedi
ki, kirayə pulunu verib. Dedim necə vermisən? Ded ki, salona düzəlib,
işləyir. Özünün mənə yük olmasını istəmədi. Əgər mənim doğma övladım,
Roza Zərgərlinin qızı ola -ola əziyyət çəkib salonda, "McDonald's"
işləyibsə, bunu özünə pis bilməyibsə, 26 yaşındakı oğlum məndən necə pul
gözləyə bilər?!".
Qeyd edək ki, müğənni Roza Zərgərlinin övladlığa götürdüyü kiçik oğlu Jerard Qafarov bir neçə gün öncə işsizlikdən şikayətlənib.
Jerard
bu barədə sosial media hesabında yazıb. O, işsiz olduğunu, yeməyə pul
tapmadığını açıqlayıb: “4-5 gündür işsizəm. İş tapa bilmirəm. Evdə
yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. İmkanı çatan mənə
kömək ola bilər, evimə yemək alım. Kimin imkanı çatırsa, yazar, kart
ataram, pis vəziyyətdəyəm”.