Allah haradadır?

Allah haradadır?

Zaman və məkan Allah tərəfindən yaradılmışdır və bu, məhdudiyyətləri ifadə edir.

Qlobal.net bildirir ki, buna görə də, zaman və ya məkanla məhdud olmaq, yalnız yaradılmışlara aid bir xüsusiyyətdir. Allah isə yaradan olduğu üçün zaman və məkanla məhdudlaşdırıla bilməz.

Zaman və məkanla əlaqəsi olmayan Allah, hər zaman qullarına yaxındır və onlarla bərabərdir. Qur'an-i Kərimdə bu mənanı ifadə edən çoxlu ayələr vardır; “Qullarım sənə, məni soruşduqda (de onlara): Mən çox yaxınım. Mənə dua etdikləri vaxt, dua edənə cavab verərəm. O halda (kqullarım da) Mənim dəvətimə uyusunlar və Mənə inansınlar ki, doğru yolu tapa bilsinlər.” (əl-Bəqərə, 2/186), “And olsun ki, biz insanı yaratdıq və nəfsinin özünə pıçıldadıqlarını bilirik və biz ona şah damarından daha yaxınıq.” (Qāf, 50/16), “O, göyləri və yeri altı gündə yaratdı, sonra Ərş'a istiva etdi... Harada olsanız, O, sizinlə bərabərdir. Allah, etdiklərinizi görür.” (əl-Hadid, 57/4).

“Rəhman Ərşə istiva edib.” (Taha, 20/5) kimi müteşabih ayələrdən yola çıxaraq Allahın göydə olduğu barədə edilən təfsirlər, İslam alimləri tərəfindən ümumilikdə qəbul edilməmişdir. Çünki bu və buna bənzər ayələrin mənaları müteşabih olub, Allahın ucalığını ifadə edir. Hər nə qədər Allahın sifətləri ilə Onu tanısaq da, O (c.c.), zatı ilə bizim idrak və təsəvvürümüzün çox yuxarısındadır. İman edən insana düşən, Allahın insana şah damarından daha yaxın olduğunu bilərək hərəkət etməsi, iman və əməli ilə Rəbbinə yönəlməsi və qulluq vəzifəsini yerinə yetirməsidir.

Fatimə
Qlobal.net

11.12.2024 08:35
show 236