“Allah 10 qatını ona və balalarına nəsib eləsin” - Zaur efirdə qarğış etdi
Tanınmış teleaparıcı Zaur
Baxşəliyev son günlər qətl və intihar hadisələrini efirdə
işıqlandırmasından sonra çoxsaylı mesajlar alıb.
Qlobal.net xəbər verir Baxşəliyev bəzi şəxslərin ona və övladlarına qarğış etdiyini açıqlayıb.
Aparıcısı olduğu “Bizimləsən” proqramında bu haqda danışan Zaur həmin şəxslərə canlı efir vasitəsilə cavab verib:
“Bəzi
məqamlarla bağlı deyəcəklərim var. Mən proqramda kimsənin acısından
reytinq qazanmaq istəyən aparıcı olmamışam. Mənə mesaj yazan bəzi
insanlar var, mən televiziyada olanda o insanlar heç orta məktəbə də
getmirdilər. Onlar həmin vaxt yazmaq qaydasının nə olduğunu belə
bilmirdilər, təəssüflər olsun ki, heç bu gün də bilmirlər. Acınızı başa
düşürəm, ona görə çox sərt reaksiya vermirəm, ancaq mənə, mənim
övladlarıma dil uzatmaq olmaz. Həmişə demişəm ki, qarğışı sevmirəm, nə
qarğış etməyi, nə də eşitməyi sevmirəm. Ancaq bu məsələdə sözümü
deyəcəyəm. Kim mənə və mənim balalarıma nəyi arzulayırsa, Allah on
qatını ona və balalarına nəsib eləsin”.
Qeyd
edək ki, Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən” proqramında
səs-küylü iki ölüm hadisəsi - Yaqut Nəriman kimi tanınan 41 yaşlı
müğənninin əri tərəfindən qətli və tanınmış jurnalist Türkan Məmmədlinin
intihar edən həyat yoldaşı Orxan Məmmədlinin ölümü ətrafında apardığı
müzakirələr birmənalı qarşılanmayıb.
Sosial
şəbəkə istifadəçiləri aparıcını şəxsi həyata müdaxilədə və tanınmış
şəxslərin üzərindən reytinq yığmaqda ittiham ediblər.
Z.Baxşəliyev
məlum çıxışında ad çəkməsə də, aparıcının bu ölüm hadisələri ilə bağlı
açdığı müzakirələrdən sonra qınağa tuş gəldiyi güman edilir.
Həmin görüntüləri təqdim edirik: