Alimlərdən CİDDİ XƏBƏRDARLIQ - Bu tarixlərdə internet OLMAYACAQ
Alimlər 2024-cü ildə “günəş enerjisi maksimumuna” çatacağımızı proqnozlaşdırırlar.Bu səbəbdən də gələn il
Günəşdəki partlayışlar həftələrlə Dünyadakı interneti poza biləcək qədər
güclü olacaq.
Məlumdur ki, Günəş günəş aktivliyinin
artıb-azaldığı 11 illik dövrlərdən keçir. Günəş aktivliyinin ən az
olduğu dövr “Günən minimumu”, Günəşin ən çox aktiv olduğu dövr isə
“Günəş maksimumu” adlanır.
Bu ərəfələrdə Günəşdə aktivliyin artması bəzi partlayışları da özü ilə gətirir.
25 nömrəli hazırkı günəş dövrü 2019-cu ildə başlayıb və təxminən 2030-cu ilə qədər davam edəcək.
“Günəş ləkələri” ulduzumuzun maqnit sahəsindəki böyük dəyişikliklərdən qaynaqlanır.
Onlar
həmçinin Yerə doğru şiddətli enerji partlayışları göndərərək, peyklərə
zərər verə biləcək və interneti poza biləcək “günəş fırtınalarına” səbəb
olurlar.
Elm adamları əldə etdikləri yeni biliklərdən
istifadə edərək, cari dövrədə günəş enerjisi maksimumunun 2024-cü ilin
əvvəlində olacağını müəyyən etdilər.
Tədqiqatçıların fikrincə, bu tarixdə baş verəcək Günəş
partlayışları çox böyük olacaq və bir neçə həftə ərzində dünyada
internet pozulacaq. (referans.az)