“Global Challenges Foundation”-nun 2023-cü ilə verdiyi rapora əsasən, 2023-cü ildə insanlıq tarixini ən çətin günlər gözləyir. Raporda qlobal istiləşmə və iqlim xaosu ilə birlikdə təbii fəlakətlərin də ciddi şəkildə arta biləcəyi bildirilir. Hazırlanan rapora görə, qlobal iqlim dəyişikliyi qida üzərində ciddi təsirlər yarada bilər. Qida istehsalı azala bilər, aclıq artar və bunun nəticəsi olaraq da siyasi xaos yarana bilər. Lakin alimlər global iqlim dəyişikliyinin bir ildə dramatik bir şəkildə dəyişəcəyini deyil, bir neçə il çəkə biləcəyini də dilə gətirib.
Təxminən 300 il bundan əvvəl Amerikanın şimalı böyük bir yanğına səbəb olan və bir Sunamini oyadan zəlzələ ilə sarsıldı. O gün yüzlərlə ev sular altında qaldı, minlərlə insan itkin düşdü. Hər şeyin səbəbi “Cascadia” idi. Bura tektonik ərazilərin bir-birinə yaxınlaşdığı ərazidir. Hər 250 ildən bir burada çox ciddi fəlakətlərə səbəb olan bir zəlzələ baş verir. Bunun vaxtı yenidən gəlib. Alimlər yaxın illərdə yenidən böyük bir zəlzələnin baş verəcəyini və bunun inanılmaz dərəcədə dağıdıcı nəticələri olacağını bildirir. Fəlakətin Oriqon, Vaşinqton və Montanaya təsir edəcəyi gözlənilir.
Dünyada ən çox zəlzələ gözlənilən ölkələrdən biri isə Meksikadır. Çünki Meksikanın yerləşdiyi coğarfi ərazi zəlzələ ocaqlarının olduqca aktiv olduğu yerlərdir. Bu ərazidə baş verəcək zəlzələnin Panama, Salvador və Kanadaya ciddi təsir edəcəyi bildirilir.
İngiltərinin Milli Hidrometeorologiya Xidmətinin araşdırmalarına görə, 2023-cü il İngiltərə tarixində ən isti il olacaq. Həmçinin ingilis alimlərin müşahidələrinə görə, 2023-də dünyanın bir çox ölkələrində qlobal istiləşmə ilə birlikdə meşə yanğınlarının da artacağı bildirilir. Somali başda olmaqla, Keniya, Nigeriya və Efiopiyadakı yetərsiz yağışlar səbəbilə quraqlıq öz təsirini artıracağı, bəzi ölkələr isə 1980-ci ildən bu yana görünən ən şiddətli quraqlıqla üz-üzə qalacağı gözlənilir.
Ukrayna-Rusiya müharibəsindən son dünyada taxıl azlığının yaranması, Korona virus xəstəliyi nəticəsində dünyada iqtisadi çöküşün baş verməsi, iç savaşlar və terror hücumları 2023-cü ilin insanlıq tarixində ciddi bir iz qoyacağını göstərir. Qida azlığı səbəbilə heyvanlar can verərkən, milyonlarla ailə də evlərini tərk etmək məcburiyyətində qaldı. Korona virus xəstəliyinin iqtisadiyyata mənfi təsiri və Ukrayna-Rusiya müharibəsi səbəbilə taxıl istehsalının dayandırılması dünyada qida xaosunun yaşanacağına bir işarədir. (Referans.az )