“Alimin dəfnində vida mərasimi də olmadı, Hacı Şahinin dəfnində isə...”
“İlahiyyatçı, din xadimi Hacı Şahin son mənzilə yola salındı. İnsanların ona isti münasibətinin şahidi olduq”.
Qlobal.net xəbər verir ki, bu açıqlama ilə millət vəkili Etibar Əliyev çıxış edib.
O, bildirib ki, bir müddət əvvəl - 2021-ci ilin 7 dekabrında Böyük tarixçi- etnoqraf alim Aydın Balayevi itirdik: “Çox sakit ölüm idi. Bu nəhənglikdə alimə heç vida mərasimi də təşkil
olunmadı. Onun vəfatı ilə bağlı vur-tut 2-3 yazıya rast gəldik.
Xatırladıram ki, Aydın Balayev Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy
Ağaoğlunun həyatı və fəaliyyəti haqqında fundamental əsərlərin
müəllifidir. Onun "Azərbaycan milləti" əsəri isə çox dəyərlidir.
Dünyagörüşün 3 forması var: Elmi, dini və fəlsəfi. Dini "dünyagörüş" hər
ikisini üstələyir. Fəlsəfə elmini çoxdan dəfn etdiyimizdən fəlsəfi
dünyagörüşdən danışmaq ümumiyyətlə absurddur.
Din haqqında yüzlərlə tərif mövcuddur. Mənim dəyərləndirdiyim tərif
böyük alman filosofu Artur Şopenhauerə məxsusdur: "Din - xalqın
metafizikasıdır."
Allah Aydın Balayevə və Hacı Şahinə Rəhmət eləsin”.
(demokrat.az)