Ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə keçid ballarının enəcəyi gözlənilir.
Keçid ballarında hər il müşahidə olunan dəyişiklik bu dəfə abituriyentləri sevindirəcək şəkildə ola bilər.
Təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli "Xəzər Xəbər"ə bildirib ki, bu il bəzi ixtisaslar üzrə plan yerlərinin artırılması nəzərdə tutulub. Bu da keçid ballarına təsirsiz ötüşməyəcək. Yeni universitetlərin və ya filialların açılması da öz növbəsində balların enməsinə səbəb ola bilər.
Vüsal Kərimli qeyd edib ki, balların enməsinə səbəb ola biləcək digər
amil isə tələbə sayı ilə bağlı qarşıya qoyulan hədəfdir. Çünki 2026-cı
ilə qədər hədəflənən rəqəmə çatmaq üçün tələbə sayı xeyli
artırılmalıdır.
Təhsil üzrə mütəxəssis vurğulayıb ki, plan yerlərinin hansı ixtisaslarda
artırılacağı hələlik dəqiq bilinmir. Bu səbəbdən də keçid ballarının
hansı ixtisaslarda və nə qədər enəcəyi də məlum deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: