64d32b7b949b0202308230027
Ali Koç Superkubok matçının Bakıda keçirilməsini istəmir - ŞOK SƏBƏB

Ali Koç Azərbaycanda "Qalatasaray" azarkeşinin çox olduğunu əsas gətirərək Superkubok matçının Bakıda keçirilməsinin qarşısını almaq üçün TFF-yə müraciət edəcək.

Qlobal.net xəbər verir ki, bu barədə iddia ilə Türkiyəli idman şərhçisi və radio proqramçısı Eyüp Yıldız çıxış edib.

Qeyd edək ki, bir müddət öncə Türkiyə mətbuatında Super Liqada bəzi matçların Bakıda keçiriləcəyi iddiası yayılmışdı. Hətta bununla bağlı "Qalatasaray"ın prezidenti Dursun Özbeke çoxsaylı suallar ünvanlanmış, o da cavabında məsələyə isti yanaşdıqlarını bildirmişdi. (BAKU.WS )

09.08.2023 10:01
615