6591afee80dc7202312231614
Aldadıldığını öyrənən qadın ərindən görün necə qisas aldı

Evli cütlük arasında başlayan "xəyanət" mübahisəsi qanla bitib. 15 yaşlı qardaşı qızı ilə onu aldadan 34 yaşlı qadın 39 yaşlı ərinin cinsiyyət orqanını kəsərək tualetə atıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə,  Braziliyanın San-Paulu şəhəri  yaxınlığındakı Atibaia məhəlləsində uzun müddətdir birlikdə olan cütlük arasında "xəyanət" mübahisəsi başlayıb. Mübahisə tezliklə alovlanıb və qəzəbli qadın onu aldadan ərindən dəhşətli qisas alıb.

Adı açıqlanmayan qadın ərinin 15 yaşlı qardaşı qızı ilə onu aldatdığını və cinsi əlaqədə olduqlarını öyrəndikdən sonra qisas planı qurub.

Ərinə fantaziya vəd edərək onu aldadan və yataq otağına aparan qadın əvvəlcə kişinin əl-qolunu çarpayının başlığına bağlayıb. Daha sonra ülgüclə kişinin cinsi orqanını kəsib.

34 yaşlı qadının hücumundan sonra kişinin qan içində olduğu qeyd edilib və yerli media qadının kişinin cinsiyyət orqanını yuduqdan sonra tualetə atdığını bildirib. Hadisədən sonra qadın polis bölməsinə gələrək təslim olub və hər şeyi danışıb.

Xəbərə görə, polis bölməsinə qardaşı ilə gələn qadın bunları deyib:

“Axşamınız xeyir, zabit, ərimin cinsiyyət orqanını kəsdiyimə görə təslim olmağa gəlmişəm”.

39 yaşlı kişinin sağ olduğu və xəstəxanada müalicə aldığı bildirilib.

31.12.2023 23:30
show 1522