"Bacım Sonaxanımla mənim arama heç kim girməyib. Həyat yoldaşım onun qızı Nərgizi böyüdüb. Sənin övladını mən yedizdirib, içizdirmişəm. Toy saat 12-də bitirdi, bacım isə səhərə yaxın saat 04:00-da evə gəlirdi. Uşağından xəbəri yox idi ki, acdır yoxsa, toxdur".
Qlobal.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyevanın qardaşı Rüfət bəy telefon vasitəsi ilə "Təsir dairəsi" ictimai-sosial verilişinin canlı efirinə qoşularkən deyib.
Mərhum anaları Minaxanımdan qalan evi bölüşdürə bilməyən bacı-qardaş
münasibətlərini proqramda həll etməyə çalışıb. Aktrisanın qardaşı
analarının ölümündə bacısını günahlandırıb:"Evimizin qiymətləndirməsi olmayıb. Çünki hələ bu məsələ məhkəməyə qədər
gəlib çıxmayıb. Onunla heç vaxt barışmayacağam. O anamı öldürüb, küçəyə
atıb. Sonra efirə çıxıb deyir ki, anam mənim üçün çoxdan ölüb. Sənin
qardaşın yoxdur. Anaya baxmaq lazım olanda onu atdın küçəyə. Vəkilimlə
studiyaya da gələcəyəm. Anamın ürək damarı partladı, ona görə də
dünyasını dəyişdi. Efirlərə çıxıb, ananın arxasınca danışırdın".
Sonaxanım qardaşının "anamın ürək damarı partladı öldü" sözlərinə etiraz
edərək, studiyada əyləşən qızı Nərgizdən anasının ölüm kağızını
gətirməsini istəyib. Aktrisa bildirib ki, anası koronavirusdan vəfat
edib.
Bacısının bu sözlərinə isə Rüfət bəy "əgər anam koronavirusdan
dünyasını dəyişsəydi, o zaman 14 günlük karantin olardı. Niyə etmədilər?
Yası da evdə mən keçirdim. Anamın ölüm kağızını "Asan Xidmət"dən
götürdüm. Sənin başına hava gəlib" - deyə əsəbi halda cavab verib.
Daha sonra isə Sonaxanım "ayın 20-si anam artıq koronavirusa yoluxmuşdu
və bu virusa yoluxduğu ilə bağlı 27 saylı poliklinikada qeydiyyatı var
idi" deyərək fikirlərini ifadə edib.
Verilişin gedişatında Rüfət bəy anasının ürəyində damar partlamasından
deyil, aktrisa bacısının söylədiyi kimi koronavirusdan vəfat etdiyini
təsdiqləyib.