Ötən gün Los-Ancelesdə baş tutan “Oskar” mükafatlandırma mərasimində qırmızı xalça yenə diqqətçəkən görüntülərlə yadda qalıb. 35 yaşlı aktrisa Culiya Foks isə seçimi ilə gecəyə damğa vurub.
Qlobal.net xəbər verir ki, tanınmış ulduz mərasimə cəsarətli və iddialı bir obrazda qatılıb. Onun transparan geyimi tədbir iştirakçılarının və medianın diqqət mərkəzinə çevrilib. Aktrisa uzun taxma saçlarla yalnız bəzi yerlərini örtməklə fərqli bir tərz nümayiş etdirib.
Foksun seçimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəziləri onun bu görünüşünü moda və sənət anlayışının cəsarətli addımı kimi qiymətləndirib, digərləri isə geyimin çox açıq və vulqar olduğunu vurğulayıb.
Əsmətxanım
Telegram kanalımız