Aktrisa Çimnaz Sultanova: Kartof kisəsini də geyinsəm, möhtəşəm bir şey olacaq
Qlobal.net xəbər verir ki, bu sözləri Kulis.az-a açıqlamasında aktrisa Çimnaz Sultanova deyib: "Kartof kisəsini də əynimə geyinsəm, möhtəşəm bir şey olacaq. Çünki
mən ona gözəllik verirəm. Bir dəfə qar qız paltarı geyinmişdim, qolları
bağlı, ətək dizdən aşağı, sinənin üstü də qapalı. Amma buna görə elə
qalmaqal yarandı ki... Videonun üzərinə yaxşı musiqi qoyursan, düzgün
pozalar verirsən, operator yaxşı çəkiliş edir, nəticə də olur "vau”.
Yoldaşımı uşaqlıqdan tanıyırdım, ailəvi yaxınlığımız var idi. O,
professordur, Almaniyada yaşayır, fizik-yazıçıdır. İlk məhəbbətimdir. Bu
məhəbbət davam edir. Amma illər keçdikcə məhəbbətin forması dəyişir.
Hər şey gördüyünüz kimi deyil”.