650aad9c17399202309233020
Akopyan yalvardı: Danışığa gedin...

Bir müddət öncə Azərbaycanın humanitar yardımlarını qəbul etməyəcəklərini, Azərbaycan məhsulu gələcəyi halda onu yandıracaqlarını, Azərbaycan çörəyini yeməyəcəklərini bəyan edən, Yevlaxa danışığa gəlməkdən imtina edən separatçılar indi danışıqlar üçün yalvarmağa başlayıblar.

Qlobal.net axar.az-a istinadən bildirir ki, erməni jurnalist Tatul Akopyan Ermənistan hakimiyyətini və Qarabağdakı separatçıları danışıqlara başlamağa çağırıb.

"Aldığım məlumata görə, Azərbaycan Ordusu müdafiə xəttini yararaq Xocavənd və Əsgəran istiqamətində irəliləməyə başlayıb. Ermənistandakı və Qarabağdakılar, danışıqlara qoşulun və həmvətənlərimizi xilas edin. Qərarları qəbul etməkdən qorxmayın. Azərbaycanla danışıqlara gedin", - Akopyan bildirib. 

20.09.2023 12:35
show 10739