Şou-biznes

Ailəvi məkanda ƏDƏBSİZ ŞOU – Uşaqların gözü qarşısında…

Bakıda ailəvi istirahət mərkəzində səhnə alan, əslən azərbaycanlı olan Türkiyəli müğənni Tuğçe Gendigelen, səhnəyə çıxarkən seçdiyi geyimlə sosial mediada ciddi tənqidlərə məruz qalıb.

Ailəvi auditoriyaya xitab edən, uşaqların da iştirak etdiyi bir məkanda, sənətçinin bədəninin etik çərçivəyə sığmayan hissələrinin açıq şəkildə görünməsi izləyicilərin haqlı narazılığına səbəb olub.

Qlobal.net @show_clab-a istinadla yazır ki, sosial şəbəkə istifadəçiləri “Bu necə ailəvi məkandır?”, “Belə geyimlə səhnəyə çıxmaq hansı dəyərlə ölçülür?” kimi sərt şərhlərlə çıxış edərək məkana da, müğənniyə də etiraz bildiriblər.

Bəziləri isə bu cür halların getdikcə adiləşməsinə narahatlıqlarını dilə gətirərək, bu məkanların öz “ailəvi” statusunu itirməyə doğru getdiyini vurğulayıblar.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от ▪ SHOW_CLAB👁️ (@show_clab)

Related Articles

Bir cavab yazın

Back to top button