65c5f5ae3ea65202402245142
“Ailələr kişilərin şorgözlüyü, xəyanəti üzündən dağılır” - Psixoloq

 “Bir çox ailələr kişilərin yeni münasibətlərə can atması səbəbindən dağılır”. 

Bu sözləri “Yeni Sabah”a Narınc” Psixologiya Mərkəzinin Yeniyetmə və yetişkinlər şöbəsinin müdiri Elnarə Əliyeva kişilərin şorgöz olmalarının səbəbini şərh edərkən bildirib. Psixoloq qeyd edib ki, bu münasibətlərdə və ailələrdə ən çox qarşılaşdığımız bir vəziyyətdir: 

“Kişilərin bu cür yanaşmasına təəssüf ki, çox rast gəlirik. Kişilərin şorgöz olması, yəni yeni münasibətlərə can atması, həyat yoldaşlarına xəyanət etməsi xoş olmayan nəticələrə gətirib çıxarır. Ailələr dağılır, uşaqlar travmalarla böyüyür, qadınlar isə psixoloji zərbələr alır. Kişilərin bu davranışının bir çox səbəbləri var. Bir səbəb özünütəsdiq üsulu kimi qeyd edilə bilər. Daxili özgüvənsizlik, yetərsizlik duyğusu bu davranışlara gətirib çıxarır. Belə adamlar qurudğu hər yeni münasibətdə uğur əldə etmiş kimi özünü özünə və başqalarına təsdiqlədiyini düşünür. Təbii ki, tək səbəb bu deyil. Ən başlıca səbəb kimi, cəmiyyətin kişilərə verdiyi azadlığı göstərə bilərik. “Kişidir edər, kişi aldadar” kimi sözlərlə onlara aşılanan sərbəstlik xəyanətə, kişilərin birdən çox qadına meyl etməsinə şərait yaradır. Bu da normal qəbul olunur. Beləliklə, onlar da özlərini haqlı sayaraq eyni yalnışları təkrarlamağa davam edirlər. Digər bir səbəb kimi kişilərin böyüməməsini göstərə bilərik. Belə ki, onlar məsuliyyətdən qaçmaq, etdiyi yalnışı anlamamaq, çılğınlıq etməyə davam edirlər”. 


Ailələr kişilərin şorgözlüyü, xəyanəti üzündən dağılır” - “Atasından aldığı  tərbiyə...” Yeni Sabah


Ekspert vurğulayır ki, buna şəxsiyyət və cinsiyyət pozğunluğu da səbəb olur: “Hər kəsin böyüdüyü ailə, mühit onun formalaşmasında mühüm rol oynayır və davranışlarına öz təsirini göstərir. Eləcə də, bu mövzu ilə bağlı digər səbəblər kimi, formalaşmış bir kişinin ətrafındakı ata modelindən və digər kişi modellərindən gördüyü, öyrəndiyi davranışlar, aldığı tərbiyə buna gətirib çıxarır. Bunlarla yanaşı, şəxsiyyət pozğunluğu, cinsiyyət pozğunluğu, cinsi doyumsuzluq və s. səbəbdən danışa bilərik. 

Ümumilikdə istər kişi, istər qadında  doğru davranışları formalaşdırmaq üçün çalışmalıyıq. Hər birimizi düşüncələrimiz idarə edir. Düşüncələr hislərə, hislər davranışa təsir göstərir. Doğru düşünüb, ətrafımızda baş verənləri doğru analiz edəriksə, doğru yanaşmalarımızla davranışlarımızı da düzgün formalaşdırmış olarıq”. 

09.02.2024 13:47
show 381